"Qəbələ" "Valyadolid"in yetirməsi ilə razılığa gəldi - EKSKLÜZİV
18.06.2025 - 18:54
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” heyətini legioner futbolçu ilə gücləndirib.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi İspaniyanın “Atletiko Sanluqeuno” klubunun müdafiəçisi İsaak Amoahla anlaşıb.
24 yaşlı futbolçu “Qəbələ” ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Onun İspaniya klubu ilə sözləşmə müddəti bu ayın sonunda başa çatacaq.
Qeyd edək ki, Qanadan olan futbolçu “Valyadolid”in yetirməsidir. O, İspaniyada “Algesiras”, “Tarazona” klublarında oynadıqdan sonra Polşa təmsilçisi “Poqon”un (Siedlçe) da şərəfini qoruyub.

- AMF-nin icraçı vitse-prezidenti: "Bu, əlavə məsuliyyətdir"
- İçiro Otsuka: “Azərbaycan kimi komandalara qarşı oynamaq üçün yaxşı təcrübədir”
- Okan Buruk: “Dördüncü hakim türk olduğu üçün referi onu dinləmədi..."
- Rafael Fiziyev: “Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir”
- Foden 50-ci oyununda ilkə imza atdı
0
0