"Adana Dəmirspor" Balotelli ilə müqaviləni ləğv edir
08.01.2024 - 23:54
“Adana Dəmirspor” Mario Balotelli ilə müqaviləni ləğv etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, tərəflər hazırda sözləşməyə xitam vermək barədə danışıqlar aparır. Balotelli klubun düşərgəsindən ayrılaraq dizinin müalicəsi üçün İtaliyaya yollanıb. O, noyabr ayından bəri zədədən əziyyət çəkir.
Qeyd edək ki, bu mövsüm Mario "Adana Dəmirspor"un heyətində 5 oyun keçirib və 3 qol vurub.
- Vidadi Rzayev: “Başa düşə bilmirəm, sponsor ABŞ-dən piyada gəlir?”
- Dadaşov yeni komandasını da istəmir: RENATIN YENİ PLANI
- “MKT-Araz” əfsanəsi qayıdır: Premyer Liqaya yeni namizəd “İmişli”
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
- “Şəfa” – “Şahdağ Qusar”: Bir oyundan daha artığı
0
0