Renat Azərbaycan klublarından son anda imtina edib - Ölkəyə gəlirmiş
26.02.2025 - 16:30
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Radomyak”a keçidi son anda baş tutub.
Apasport.az saytına verilən məlumata görə, Almaniya və İsveçrədən istədiyi təklifləri almayan forvard ilk öncə Azərbaycana gəlməyə qərar verib.
O, “Sabah” və “Qarabağ”a transfer olmaq barədə düşünüb.
Amma son anda “Radomyak”dan gələn sərfəli təklif Dadaşovun fikrini bir anda dəyişib. Belə ki, Renat dərhal Polşaya uçaraq tez bir zamanda yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, onun “Radomyak”la sözləşmə müddəti 6 ay+1 illikdir.
- Selcan Mahsudova yarımfinalda
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turniri start götürüb - FOTO
- "Sabah" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
- “Neftçi” - “Qarabağ” matçının yeri dəyişdirildi
0
0