Renatın komandasından böyükhesablı qələbə
17.03.2024 - 20:21
Türkiyə Superliqasında 30-cu tur davam edir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Hatayspor" da növbəti matçını keçirib.
Komanda "Samsunspor"u qəbul edib. Görüş hataylıların qələbəsi ilə nəticələnib - 3:0. Dadaşov qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Hatayspor” 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
0
0