Rusiya yığması Bakıya 6 güləşçi ilə gəlir
26.03.2024 - 20:58
Yunan-Roma güləşi üzrə Rusiya millisi Bakıya gətirəcəyi heyəti açıqlayıb.
Apasport.az xəbər verir ki, yığma komanda Avropa Olimpiya Təsnifat Turnirinə 6 idmançı ilə qatılacaq.
Onlar arasında ən tanınmışı 2018-ci il dünya çempionu Sergey Semyonovdur (130 kq). Ruslar paytaxtımızda, həmçinin Ənvər Allahyarov (60 kq), Ruslan Biçurin (67 kq), Adlet Tyulyubayev (77 kq), Milad Alerzayev (87 kq) və Maqomed Murtazalıyevə (97 kq) də şans verəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə görüşlər aprelin 5-də baş tutacaq.
0
0