Bu yay “Şamaxı”ya keçən və komandanın əsas fiqurlarından birinə çevrilən Brahim Konate apasport.az saytına müsahibə verib.
- “Şamaxı” son turda "Sumqayıt"ı məğlubiyyətə uğratdı. Görüş sizin üçün necə alındı?
- Matçın əvvəlində qol vurmaq bizə qismət oldu. Açılış qolundan bir az sonra ikinci qolu vurmaq üçün birbaşa şansım var idi. Təəssüf ki, top dirəyə dəydi. Amma ümumilikdə matç gərgin mübarizə şəraitində keçdi. “Sumqayıt” yaxşı oyun prinsipi olan komandadır. Şadam ki, qələbə qazana bildik.
- Ümumiyyətlə, "Şamaxı"nın hazırkı durumu səni razı salır?
- Bəli, mən razıyam ki, Şamaxıda diqqətimizi yalnız futbola yönəltmək üçün əlimizdə hər şey var. Biz də meydana çıxanda yalnız uğurlu nəticə və sona qədər mübarizə aparmaq haqda düşünürük.
- “Şamaxı” altı turdan sonra 6-cı pillədədir. Bu durum sizi razı salır?
- Mövsümə maraqlı başladıq. Lakin diqqətimizi cəmləməyə və işləməyə davam etməliyik. Mövsüm hələ uzundur. İndi cəmi 6 tur geridə qalıb.
- Demək olar ki, artıq Azərbaycan Premyer Liqasına adaptasiya olmusan? Bu necə oldu? Şamaxını bəyənirsən? Orada yaşayırsan. Sənin üçün darıxdırıcı gəlmirki?
- Bütün klub bizi mümkün olan ən yaxşı şəraitdə yaratmağa çalışdı ki, bu da komandadakı əcnəbi oyunçuların uyğunlaşmasını asanlaşdırdı. Şamaxı gözəl, sakit, kiçik şəhərdir. Darıxdırıcı? Xeyr, elə deyil. Çünki mən yalnız futbola fokuslanmışam. Bu haqda düşünürəm.
- Azərbaycan Premyer Liqası haqda ümumi fikrin necədir? Hansı komandaya qarşı oynamaq daha çətindir? "Qarabağ", "Neftçi", "Zirə", "Sabah"...
- Artıq 3 aydır ki, buradayam. Çempionatdakı bütün komandalara qarşı hələ oynamamışam. Amma görürəm ki, yaxşı, səviyyəli oyunçuların olduğu çempionatdır. İstər birinciyə, istərsə də sonuncuya qarşı hər matç çətin keçir.
- "Şamaxı" növbəti turda "Kəpəz"lə qarşılaşacaq. "Kəpəz"in xal toplamağı bacarmayıb. Bu komanda ilə görüşdə qələbə qazana biləcəksiz?
- Hər həftə həftəsonu xal toplamağa hazırlaşırıq. “Kəpəz”lə qarşılaşma mürəkkəb oyun olacaq. Amma hər matçda olduğu kimi, biz də qələbə həvəsi ilə oynayırıq. Ümidvaram ki, istədiyimiz nəticəni qazanarıq.
- “Şamaxı” avrokuboklar uğrunda mübarizə apara bilər? Gücünüz yetərlidir?
- Hesab edirəm ki, Avropa haqqında danışmaq hələ tezdir. Cəmi 5 oyun keçirmişik. İlk qiymətləndirməni mövsümün ortasında edəcəyik. Amma bizim çox yaxşı kollektivimiz və yaxşı texniki heyətimiz var. Mən öz komandama inanıram.
- Bildiyim qədərilə, ötən mövsüm "Turan Tovuz" klubuna keçməli idin. Ayxan Abbasov o komandada baş məşqçi idi. Niyə bu kluba keçidin baş tutmamışdı?
- Doğrudan da, “Turan Tovuz”a keçidimə az qalmışdı. Amma son anda fikrimi dəyişdim və İsrailə getməyi seçdim. İkinci dəfə mənə etimad göstərdiyi üçün baş məşqçimizə təşəkkür edirəm.