Şeydayevin komandası yenə uduzdu
16.03.2024 - 00:26
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev də növbəti oyununu keçirib.
Onun çıxış etdiyi “Kocaelispor” “Gənclərbirliyi”nə uduzub. Ramilin komandası 27-ci turda səfərdə 0:2 hesabı ilə məğlub olub. “Kocaelispor” son 6 oyunda qələbə qazana bilməyib. Şeydayev 3 məğlubiyyət və 3 heç-heçəyə şahidlik edib.
Həmyerlimiz görüşün 74-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Kocaelispor” 45 xalla 3-cü pillədə qərarlaşıb.
- PSJ Reşforddan imtina etdi
- Bakıda AirBadminton üzrə Avropa çempionatı keçiriləcək
- Adil Şükürovun Hakan Sünaldan fərqi - "Sumqayıt"ın məşqçisi açıqladı
- "Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
0
0