Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
29.04.2025 - 16:51

“Qarabağ” yerli futbolçulardan daha birini komandada saxlamağı planlaşdırır.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Toral Bayramovu əldən buraxmaq istəmir.
Azərbaycan çempionu 24 yaşlı futbolçunun müqavilə müddətini daha 1 il artırmaq niyyətindədir.
Yarımmüdafiəçiyə ölkə xaricindən, əsasən də Avropadan ciddi müştərilər var. Lakin o, hələ ki, qərarını verməyib.
Toralın “Qarabağ”la hazırkı sözləşməsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Bayramov 2020-ci il yanvarın 1-dən “Qarabağ”ın əsas komandasında çıxış edir.
- "Roma" De Rossinin rəhbərliyi altında ilk məğlubiyyətini aldı
- "Azərreyl" zirvəni əldən vermir
- “Sportinq”dən Region Liqasına - FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR
- “Şamaxı”nın qapıçısı: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaq, burada davamiyyətini artırmaqdır”
- “Bornmut”un futbolçusu “Nyukasl”ın maraq dairəsində
0
0