Obameyanq ən yaxşı seçildi
09.03.2024 - 00:19
Obameyanq ən yaxşı seçildi

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Bu ada "Marsel"in futbolçusu Pyer-Emerik Obameyanq layiq görülüb. O, "Qarabağ"dan Olavio Juninyonu, "Roma"dan Stefan Əl-Şəravini və "Liverpul"dan Darvin Nunyezi qabaqlayıb.

Qeyd edək ki, Obameyanq "Vilyarreal"la oyunda dubl edib. 

writer photo
İsmayıl Xeyrullayev
0