Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir”
23.02.2024 - 01:05
Artur Jorje: “ Belə səviyyəli yarışda belə qol buraxmaq bağışlanmaz səhvdir”

"İlk oyunda neqativ nəticə əldə olunmuşdu. Bura məğlub durumda gəlmişdik. Vəziyyəti xeyrimizə dəyişmək üçün qələbə lazım idi. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Amma ümumilikdə komanda vuruşdu. Həmin səhvlər cütün taleyini həll etdi".

Apasport.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la matçından (3:2) sonra "Braqa"nın baş məşqçisi Artur Jorje deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu, karyeranızın ən üzücü məğlubiyyəti idi? Bu məğlubiyyət mövsümün gedişində komandaya necə təsir göstərəcək?
- İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma mərhələ keçmək üçün yetərli olmadı. Tez bir zamanda bərpa olmalıyıq. Komanda çox güc sərf etdi, həm mənəvi, həm də fiziki sarıdan. Bazar ertəsi növbəti oyunumuz var. Tez hazırlaşmalıyıq.

- Oyun üçün sizin strategiyanız necə idi? Matça necə hazırlaşmışdız?
- Heyətdə bəzi dəyişikliklər etmişdim. Məcbur idik buna. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol idi. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir.

- Birinci oyunda 4-cü qoldan sonra azarkeşlər ağ bayraq qaldırmışdı. Siz özünüz necə, bu nəticəyə görə ağ bayraq qaldıraraq istefa verməyi düşünürsüz?
- Bütün mövsümünü analiz edim, yoxsa bir oyunu?

- Fərqi yoxdur...
- Nə deyim? Onu deyə bilərəm ki, mərhələni keçmək istəyirdik. Qalib gəldik, amma yetərli olmadı.

- Azərbaycandan hansı hislərlə gedirsiz?
- Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hislərlə qayıdacam? Təəssüf ki, yarışı tərk edirik. Öz liqamıza fokuslanacağıq.

writer photo
İsmayıl Xeyrullayev
0