Bolqarıstan millisinin baş məşqçisi: “Ədalətli nəticə oldu”
25.03.2024 - 22:38
Bolqarıstan millisinin baş məşqçisi: “Ədalətli nəticə oldu”

"FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bolqarıstan millisi Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi İliyan İliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan millisi sizi təəccübləndirə bildi?
- Xeyr, təəccüblənmədim. Azərbaycan yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.

- Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldız?
- Millinin oyunçuları ilə bağlı istəmirəm hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.

- Hakimin simpatiyasını hiss etdiz, yoxsa ədalətli nəticə oldu? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı...
- Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda, növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.

writer photo
İsmayıl Xeyrullayev
0