UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün saat 14:30-dan etibarən satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
- "Sportinq" Qyökereşə əvəzləyici tapdı: İSPANİYADAN PORTUQALİYAYA
- İkardidən növbəti uğur: Hacinin rekorduna şərik çıxdı
- Xames Rodrigez: Kolumbiya Futbolunun Parlaq Siması
- "Qarabağ" Benzianın boşluğunu onunla doldurur - HƏMİN BALLESTERO KİMDİR?
- İsrarla Rüfət Abdullazadəni istəyirlər - QƏRARINI VERMƏYİB