Azərbaycan yığması bir neçə dəqiqədən sonra Millətlər Liqasının C1 qrupunun ikinci turunda Slovakiyə ilə üz-üzə gələcək.
Apasport.az saytının AFFA-nın dəvəti, "Misli"nin təşkilatçılığı ilə Koşitseyə ezam olunmuş əməkdaşının məlumatına görə, oyunun baş tutacağı stadionda millimizlə bağlı bəzi rekordlar təqdim edilib.
Arenanın diktoru sabiq futbolçular - Qurban Qurbanovun bombardir, Rəşad Sadıqovun isə ən çox oyun keçirmiş futbolçu olduğunu səsləndirib. Həmçinin statistik göstəricilər monitorda əks edilib.
Qeyd edək ki, Qurban Qurbanov Azərbaycan yığmasında 15 qol vurub, Rəşad Sadıqov isə 111 matç keçirib.