Camahal Hill Bakıya gəlmədi!
13.06.2025 - 15:43
UFC döyüşçüsü Camahal Hill Bakıya gəlməyib.
Apasport.az-ın əməkdaşının məlumatına görə, onu daşımalı olan təyyarə nəhayət ki, eniş edib.
Lakin idmançı Bakıya gəlməkdən son anda imtina edib.
Onun gəlişi öncə 12:35-ə planlaşdırılsa da, daha sonra 15:30-a keçirilib. Buna baxmayaraq, Hill təyyarəyə minməyib.
Buna səbəb davam edən İran-İsrail müharibəsidir. Döyüşçü vəziyyəti təhlükəli hesab edərək, Bakıya gəlməyib. Əvəzində komandasından iki nəfəri göndərib.
Qeyd edək ki, Hill gecənin əsas döyüşündə Halil Rauntri ilə qarşılaşacaq.
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ
- Leandro Qomeş: "Karvan"dakı xatirələr gözümdə canlandı"
- II Liqa: "Şahdağ Qusar" və "Dinamo"dan səfər qələbəsi, İmişlidə bərabərlik
- “Neftçi” Şeydayevdən qurtulmaq üzrədir: RƏSMİ TƏKLİF GÖZLƏNİLİR
- Asif Məmmədov: "Karyeramı sonlandırmaq barədə fikirləşirəm"
0
0