“Şənbə günü çox gözəl döyüş izləyəcəksiniz”.
“Apasport”un əməkdaşının məlumatına görə, bu sözləri UFC döyüşçüsü Mateus Kamilo deyib.
O, Nazim Sadıxova qarşı keçiriləcək döyüşü dəyərləndirib. “Döyüşü sabmişşınla bitirmək niyyətindəyəm. Yaquar çox güclüdür (red - özünü nəzərdə tutur). Tam hazıram. Bir neçə gündür ki, buradayam. Özümü yaxşı hiss edirəm”.
Kamilo qələbə qazanarsa, bunu kimlərə həsr edəcəyini açıqlayıb: “Qələbə qazansam, bunu ailəmə, dostlarıma, azarkeşlərimə, Bakıya, Braziliyaya və məni sevməyənlərə həsr edəcəm”.
Qeyd edək ki, UFC Bakı tədbiri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
- Kante transferini o həll edib: "FƏNƏR"DƏN ƏRDOĞANA TƏŞƏKKÜR MESAJI
- Qurban Qurbanov: "Bu turnirdə keçirdiyimiz matçlar bizim üçün böyük təcrübə oldu"
- Əfran İsmayılov: "İnanmıram ki, Rəşad Sadıqov kimi lider bir də Azərbaycan millisinə gəlsin"
- "Tottenhem"də yeni müqavilə
- Kroos qərar vermək üçün gözləyir