UFC: Almabayevdən İNAMLI QALİBİYYƏT
27.06.2026 - 21:27
Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” tədbiri davam edir.
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşının məlumatına görə, əsas kartın növbəti döyüşü baş tutub.
Super yüngül çəki dərəcəsində Qazaxıstan təmsilçisi Asu Almabayev ABŞ-dən olan Çarlz Consonla qarşılaşıb.
Görüşün ilk iki raundu Almabayevin üstünlüyü ilə keçib. O, döyüşün son raundunda rəqibi təslim olmağa məcbur edib.
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- “Aston Villa” 2 oyunçusu ilə yollarını ayırmağa hazırdır
- Azərbaycanda kuryoz hadisə: Komanda 2 qapıçı ilə oynayacaq!
- "Zirə"nin futbolçusu uğrunda mübarizə qızışır - "Fənərbaxça", "Beşiktaş" və Fransa nəhəngi...
- Rafael Fiziev: Castini yenidən görmək xoş olardı
- Xames Rodrigez: Kolumbiya Futbolunun Parlaq Siması
0
0