"Arsenal" yeni səfər formasını ictimaiyyətə təqdim edib
21.07.2025 - 16:47
İngiltərənin “Arsenal” klubu 2025/26 mövsümü üçün səfər formasını ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni dizaynda qara, mavi və göy rənglərə üstünlük verilib, üst geyiminin çiyin hissəsində isə qırmızı zolaqlar yer alıb.
Qeyd edək ki, “Arsenal” ötən mövsüm yaşıl, qırmızı və boz zolaqlarla bəzədilmiş qara səfər formasından istifadə edirdi.
- Batumidə “Grand Bellagio Championship-2" kikboksinq turniri keçirilib
- Azər Bağırov: "Səhvlərimizdən istifadə etdilər"
- Tərlan Əhmədov: “Kəpəz”də çörəkpulu qazanan insanların bəziləri mənim arxamca danışır”
- “Real”ın futbolçusu Mərakeş millisi yolunda
- ”Napoli” mübarizəni dayandırdı, “Komo” YARIMFİNALDA
0
0