Güləşçilərimizdən Qazaxıstanda 3 medal
21.09.2024 - 22:27
Qazaxıstan Atırau şəhərində güləş üzrə "Oil Capital Cup" turniri keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışda 3 medal qazanıb.
70 kq çəki dərəcəsində Kənan Heybətov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
79 kq çəki dərəcəsində Əşrəf Aşırov finala qədər yenilgisiz irəliləyib. O, yalnız həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib.
65 kq çəki dərəcəsində mübarizə aparan Musa Ağayev isə təsəlliverici görüşə çıxıb. O, rəqibini məğlub edərək bürünc medal qazanıb.
- KL: "Sabah" və "Araz-Naxçıvan"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
- "Sumqayıt" “Qarabağ”ı məğlub etdi - YENİLƏNİB
- Millətlər Liqası: İspaniya İsveçrəyə, Portuqaliya Şotlandiyaya qarşı
- De Bleker hakimləri qorudu: "Qırmızı vərəqə qərarı dəstəklənir"
- “Neftçi” braziliyalı futbolçunun klubu ilə razılığa gəldi - Müqavilə imzalanacaq
0
0