Ruslan Nurullayevdən bürünc medal
04.09.2024 - 21:54
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı keçirilir.
Apasport.az xəbər verir ki, yarışın 3-cü günündə millimiz daha bir medal qazanıb.
72 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Ruslan Nurullayev bürünc medal görüşünə çıxıb. O, çinli Venhao Hu ilə qarşılaşıb. Təmsilçimiz 6:5 hesabı ilə qalib gələrək 3-cü pillənin sahibi olub.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığmasının heyətində Cocu Səmədov gümüş medal qazanıb.
- Erik Ramos: "Neftçi"nin problemləri həll etməyə vaxtı var"
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
- AL: “Atalanta” Portuqaliyadan sərfəli nəticə ilə dönür
- Şahin Diniyev: “Sadəcə keyfiyyət məsələsində geri qaldıq”
- "Barselona" "Nyukasl"ın liderini istəyir
0
0