“Neftçi” böyük hesabla uduzdu
14.03.2024 - 19:45
“Neftçi” böyük hesabla uduzdu

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Apasport.az xəbər verir ki, bu günün tək qarşllaşması GİN-in Voleybol Mərkəzində baş tutub.

Turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. “Neftçi” “Murov Az Terminal”la qarşılaşmada 0:3 hesabı ilə uduzub. Bu məğlubiyyət "ağ-qaralar"a rəqibə xal fərqini artırmaq imkanı verib.

Qeyd edək ki, turun dünən keçirilən oyununda MOİK “Azərreyl”ə 0:3 (13:25, 20:25, 10:25) hesabı ilə uduzub.

writer photo
İsmayıl Xeyrullayev
0