"Barselona"nın Jorjinyo planı
28.03.2024 - 22:20
Jorjinyo "Arsenal"ı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, "Barselona"nın maraq dairəsinə düşüb.
32 yaşlı yarımmüdafiəçinin "topçular"la müqaviləsi mövsümün sonunda başa çatır. Sözləşmənin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb.
Futbolçunun keçidində kataloniyalıların idman direktoru Deko maraqlıdır. Maliyyə problemləri yaşayan klub Jorjinyonun azad agent olmasını gözləyir.
Qeyd edək ki, o, bu mövsüm Premyer Liqada 18 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
- Sezar Enrike: "Azərbaycanda bunun şahidi oldum"
- Prezident İlham Əliyev “Formula 1”in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib
- "Neftçi"də onun da qələmi qırıldı: ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLDİ
- Maks Verstappen Kimdir? "Formula 1"in Gənc Ulduzu
- Matiç "Renn"də qalacaq
0
0