"Bavariya" "1000"in astanasında
24.02.2024 - 21:24
"Bavariya” Bundesliqada 1000-ci ev oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Münhen klubu “Leypsiq”lə bugünkü matçadək 999 dəfə doğma azarkeşlər önünə çıxıb.
“Bavariya” Bundesliqada 1000 ev görüşü keçirəcək ilk komanda olacaq. Münhenlilər əvvəlki 999 qarşılaşmada 743 qələbə qazanıblar. 106 heç-heçəsi olan Almaniya təmsilçisi 90 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 2737, qonaqlar 889 dəfə qol sevinci yaşayıb.
0
0