"Çelsi"dən Nikolas Cekson qərarı
01.09.2024 - 16:54
"Çelsi"dən Nikolas Cekson qərarı

"Çelsi"nin hücumçusu Nikolas Ceksonun taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub seneqallı futbolçunu komandada saxlayacaq.

"Zadəganlar" onunla yeni müqavilə imzalamağı düşünür. Sözləşmə 2033-cü ilin iyununa qədər nəzərdə tutulub. Klub rəhbərliyinin forvarda böyük ümidlər bəslədiyi bildirilir.

Xatırladaq ki, 23 yaşlı hücumçu 2023-cü ilin iyulunda “Vilyarreal”dan “Çelsi”yə keçib. O, ötən mövsüm komandada 44 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

writer photo
İsmayıl Xeyrullayev
0