"Fənərbaxça" yenidən liderliyə yüksəldi
17.02.2024 - 23:08
Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, liderlərdən "Fənərbaxça" da növbəti matçına çıxıb.
Komanda səfərdə "Rizespor"la qarşılaşıb. İstanbullular 3:1 hesablı qələbə qazanıb. "Sarı-lacivərtlilər"in heyətində Sərdar Dursun, Edin Ceko və İrfan Can Kahveci fərqlənib. Meydan sahiblərinin qoluna isə Yankov Minçev imza atıb.
Qeyd edək ki, bu qələbə ilə xalını 67-ə çatdıran "Fənərbaxça" turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
- Lider "Sabah"dan Çempionlar Liqası addımı: İki ulduzla razılıq
- “Qarabağ”ın monteneqrolusunun durumuna aydınlıq gəldi: KOMANDADA QALACAQ?
- Rikardo Fernandes: "Düzdür, başqa klublardan təkliflər oldu"
- "Neftçi"dən transfer qərarı: İNGİLTƏRƏLİ HÜCUMÇU...
- Rza Cəfərov Avropa klublarının hədəfində - EKSKLÜZİV
0
0