"Araz-Naxçıvan" "Neftçi"ni məğlub etdi, çempion oldu
22.05.2025 - 16:35
Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, bu gün "Neftçi" İK-nı 6:2 hesabı ilə üstələyən "Araz-Naxçıvan" titula sahib çıxıb.
Komanda 19-cu dəfə Azərbaycan çempionu olub.
"Araz-Naxçıvan" 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı "Neftçi" İK-nın 43 xalı var.
“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
- "Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək
- “Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB
- Xavi Hernandez İngiltərə Premyer Liqasında çalışa bilər
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Qalatasaray” yarışda: "Yuventus"un futbolçusu uğrunda mübarizə
0
0