“Liverpul”un misirli ulduzu Məhəmməd Salahın İngiltərə nəhəngindəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Apasport.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubu Salahın meneceri ilə ilkin təmas qurub və yaxın vaxtlarda rəsmi danışıqlara başlanılacaq.
Görüşlər futbolçunun Misir milli komandası ilə Afrika Millətlər Kubokunda (AFCON) iştirak etdiyi dövrdə keçiriləcək. Bu səbəbdən o, danışıqlarda birbaşa iştirak etməyəcək və proses onun nümayəndələri vasitəsilə aparılacaq.
Məlumata görə, tərəflər ayrılıq qərarı verəcəyi təqdirdə, Salah üçün ən real variant Səudiyyə Ərəbistanı klublarıdır.
Bununla belə, ulduz futbolçunun yanvar ayında “Liverpul”dan ayrılmasının ehtimal edilmədiyi bildirilib.
- Krespo yenidən Braziliya klubunu çalışdıracaq
- Foden "Mançester Siti"nin heyətində 100-cü qolunu vurub
- Ermənistan futbolunda cinayət işi: “çirkli pulların yuyulması”
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
- Boksçularımız beynəlxalq turnirdə 1/4 finala yüksəlib