Şimali Makedoniyada keçirilən “Skopye-2025” XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında güllə atıcılığı üzrə ölkə təmsilçilərimiz Leyli Əliyeva və Oleq Kerjankin 10 metr məsafəyə pnevmatik tapançadan duet yarışında yüksək nəticə göstərərək yarışın gümüş medalçıları olublar.
Apasport.az xəbər verir ki, gənc idmançılarımız ilkin mərhələdə ən yüksək nəticə ilə çıxış edərək finala birinci olaraq vəsiqə qazanıblar və bu nəticə ilə Avropa rekordu müəyyən ediblər.
Gərgin mübarizə şəraitində keçən final mərhələsində isə Leyli və Oleq 2-ci yeri tutaraq yarışın gümüş medalına sahib olublar.
- "Çelsi" Liqa 1-in forvardını transfer etməyi planlaşdırır
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
- Mbappe Fransa yığmasının məşqini buraxıb - SƏBƏB
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb