İngiltərə nəhəngi Kenan Yıldız üçün 100 milyon ödəməyə hazırdır
29.04.2025 - 13:54
"Yuventus"da çıxış edən türkiyəli hücumçu Kenan Yıldız İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, Londonun "Çelsi" klubu futbolçu ilə maraqlanır.
“Təqaüdçülər”in rəhbərliyi 19 yaşlı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.
Türkiyə millisinin üzvünün “qoca sinyora” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.
İtaliya çempionatının cari mövsümündə Yıldız 33 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Noyer: "Braziliya komandasına qarşı oynamaq əyləncəli idi"
- "Siti"nin futbolçusu mövsümün ikinci yarısını La Liqada keçirəcək
- "Bu medal mənim üçün çox dəyərlidir"
- "Mançester Yunayted"in vingeri Premyer Liqa klublarının hədəfində
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
0
0