Aynur Mikayılova dünya çempionatına qələbə ilə başlayıb
11.03.2025 - 10:21
Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbvər verir ki, Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.
Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.
- Landau Şahmat Festivalı başa çatdı
- Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
- Samir Abasov: "Bu transferlərlə problemi həll etməyə çalışırıq" - VİDEO
- Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
0
0