Aşağı yaş qruplarından ibarət yığma komandaların baş məşqçilərinin adları bəlli olub.
Apasport.az xəbər verir ki, AFFA U-17 millisi Aqil Nəbiyevə tapşırılıb. Nəbiyev U-17 yığmasını Belarusa turnirə aparacaq.
18 yaşadək futbolçulardan ibarət seçməni İlham Yadullayev çalışdıracaq.
U-19 millisinin də baş məşqçisinin adı bəllidir. Belə ki, Elxan Abdullayev yığmaya rəhbərlik edəcək. U-19 Qəbələdə toplanışda iştirak edəcək və Moldova ilə iki matç keçirəcək.
A milliyə daha yaxın olan və əsas baza hesab edilən U-21 yığması isə Ayxan Abbasova tapşırılıb.
Qeyd edək ki, mütəxəssislərin hər biri ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.
- PSJ-dən "Fənər"ə şad, "Qalatasaray"a bəd xəbər
- "Aston Villa" yeni hücumçu üçün 57 milyon avro xərcləyəcək
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- "Fənərbaxça" - "Samsunspor" matçından sonra futbolçular arasında dava düşüb - VİDEO
- “Neftçi” daha 2 futbolçu ilə yollarını ayırıb - Rəsmi