Sabiq "Arsenal"lı Niderland klubunda
25.02.2025 - 13:19
PSV-də yeni hücumçu
36 yaşlı ispaniyalı hücumçu Lukas Peres karyerasını Niderland çempionatında davam etdirəcək.
Apasport.az xəbər verir ki, təcrübəli hücumçu PSV-də özünə iş tapıb.
PSV Lukas Peres ilə neçə illik müqavilə imzaladı?
Eyndhoven klubu futbolçu ilə 2024/2025-ci il mövsümünün sonuna kimi qısamüddətli müqavilə imzalayıb. Hücumçu PSV-nin sıralarına azad agent kimi qoşulub.
Lukas Peresin çıxış etdiyi komandalar
Lukasın son komandası bir neçə gün əvvəl ayrıldığı İspaniyanın “Deportivo” klubu olub. O, əvvəllər Londonun “Arsenal” və “Vest Hem”, Kiyevin “Dinamo” və digər komandalarında çıxış edib.
Cari mövsümündə Peres 19 oyun keçirib və 4 qol vurub.
- "Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər
- Ayxan Cavadov Avropa çempionatının finalında
- Urfan Abbasov: "Sabah bizi ağır oyun gözləyir"
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- "Barselona" 5 müdafiəçi arasında seçim edəcək
0
0