Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar fevralın 6-da keçiriləcək.
Apasport.az xəbər verir ki, ölkə çempionatında 12-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində baş tutacaq.
Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı “Azərreyl” olacaq. Oyun saat 16:00-da başlayacaq.
Həmin gün Bakıda ilk matç GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 16:00-da start götürəcək oyunda “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.
Növbəti qarşılaşma isə saat 18:00-da UNEC-in idman zalında “Abşeron” və UNEC komandaları arasında olacaq.
Qeyd edək ki, “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” matçı “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
6 fevral
Yüksək Liqa (qadınlar)
XII tur
16:00. “Gəncə” - “Azərreyl” (GƏNCƏ OİK)
16:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi)
18:00. “Abşeron” - UNEC (UNEC VK-nın İdman zalı)
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Tadiç sabiq komandasına geri dönür - İDDİA
- Bundesliqa: "Bayer"dən darmadağın, "Bavariya" xal itirdi
- Ronaldonun komandası baş məşqçisi ilə yollarını ayırıb
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi