"Bizə qarşı çox yaxşı hazırlaşmış "Sabah" görəcəyik".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun "Sabah"la final oyunundan öncə mətbuata konfransında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
Bəhlul Masazır təmsilçisinə qarşı keçirəcəkləri final görüşü ilə bağlı bunları söyləyib:
"Avropa Liqasına getmək və ilk titul baxımından vacib oyundur onlar üçün. Biz də titullarımızın sayını artırmaq istəyirik. Fikirləşirəm ki, çox yaxşı final görüşünə çıxacağıq".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
- Millimiz Sloveniyaya yola düşüb
- Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
- "Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"
- İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb
- Bakı Marafonunda rekord iştirakçı: 27 min nəfər qeydiyyatdan keçib