Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu
18.06.2025 - 14:15
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçimiz ilk oyuna səfərdə, cavab oyununda isə doğma azarkeşləri qarşısında çıxacaq.
Qeyd edək ki, II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.
- Millimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
- Alperen Şengün üçün sərt xəbərdarlıq: NBA-dan uzaqlaşdırıla bilər
- Millimiz reytinq turnirinə Batumidə hazırlaşır
- "Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi
- Tyaqo Bezerra: "Abasov gəldikdən sonra komandanı xilas etdi" - Müsahibə
0
0