“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşdı
28.02.2024 - 09:52

Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində "Ankaragücü" və "Fənərbaxça" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşmada 3:0 hesabı ilə qalib gələn "Ankaragücü" kubokun yarımfinalına yüksələn tərəf olub.
Beləliklə, “bülbüllər” Türkiyə çempionatında “Qalatasaray”la çempionluq uğrunda və Konfrans Liqasının pley-off mərhələsində mübarizə ilə kifayətlənəcəklər.
Xatırladaq ki, "Fənərbaxça" ötən mövsüm Jorje Jesusun rəhbərliyi ilə sözügedən kuboku qazanıb.
Qeyd edək ki, "Ankaragücü"nün rəqibi "Beşiktaş" - "Konyaspor" matçının qalibi olacaq.
- Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb
- Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi
- Millinin KİV üçün açıq məşqi keçiriləcək
- "Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB
- Aslan Kərimov: “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik"
0
0