Müller MLS klubuna keçə bilər
26.06.2025 - 12:16
Tomas Müller MLS klubuna keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib:
"Karyeramı MLS klublarından birində davam etdirməyim ehtimalı var. Amma buna qədər hər şeyi diqqətlə ölçməliyəm. Hazırda bütün diqqətimi Klublararası Dünya Çempionatına yönəltmişəm. Danışıqların getdiyini istisna etmirəm, amma mənim üçün hazırda turnir prioritetdir. Hələlik tələsmirəm".
Xatırladaq ki, 35 yaşlı hücumçu 2009-cu ildən "Bavariya"da çıxış edir. Müller 2025-ci ildə klublararası dünya çempionatı başa çatdıqdan sonra Almaniya komandasını tərk edəcək.
- Tadiç "sarı-lacivərdli" azarkeşlərlə vidalaşıb
- Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
- KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB
- Noyer Kloppun "Bayern"ə keçməsindən danışıb
- Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə qızıl medal qazanıblar
0
0