Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb
28.04.2025 - 08:35
Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" "Eyüpspor"un qonağı olub.
Apasport.az xəbər verir ki, Viktor Osimhen 29-cu dəqiqədə Sallainin qoluna assistentlik edib, 71-ci dəqiqədə isə qola imza atıb.
Ulduz futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 36 matçda 31 qol vurub, 8 məhsuldar ötürmə edib.
Beləliklə, Osimhen karyera rekordunu yeniləyib.
Osimhen daha əvvəl 2022-2023 mövsümündə "Napoli"də 31 qol vurmuşdu. 26 yaşlı futbolçu bu mövsüm 36 matçda bu rəqəmə çatıb.
Qeyd edək ki, nigeriyalı forvard mövsüm bitmədən bir qol vursa, karyera rekordunu yeniləyəcək.
- "Fənərbaxça" "Adidas"la 5 illik müqavilə imzalayıb
- Braziliya millisi Karlo Ançelottinin rəhbərliyi altında ilk matçına çıxıb
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb
- Azərbaycan millisi Bursada toplanışa başlayıb
- Mərc qalmaqalı: Azərbaycan millisinin üzvü barədə cinayət işi açılıb - Rəsmi
0
0