Derbi öncəsi "Qalatasaray"da itki
23.11.2025 - 11:49
"Qalatasaray"ın futbolçusu Roland Sallai növbəti turda komandasına kömək edə bilməyəcək.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın son turunda "Gençlerbirliyi" ilə keçirilən qarşılaşmada birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
İntizam qaydalarına əsasən, Sallai gələn tur "Fənərbaxça" ilə baş tutacaq derbidə iştirak edə bilməyəcək.
Qeyd edək ki, gərgin keçən qarşılaşma "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
- Rafinya "Barselona"nın təklifindən razı deyil
- De Xea Premyer Liqaya qayıtmamasının səbəbini açıqlayıb
- Adı mərc oyunlarında hallanan hakimdən açıqlama: "Nə indi, nə də əvvəl..."
- Conatan Tah bu şərtlə "Mançester Yunayted"ə keçməyə hazırdır
- Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
0
0