Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin 2 idmançı yarışa qələbə ilə başlayıb.
60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 final çərçivəsində Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.
Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.
- "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - Okan Burukdan açıqlama
- Fransa 56 ildən sonra ilk dəfə 5 qol buraxıb
- Kurban Berdıyev İqnatyevin vəfatı ilə bağlı başsağlığı verib
- "Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir
- Alperen Şengündən möhtəşəm çıxış - 30 xal, 12 ribaund, 8 asist, 2 blok