Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
03.12.2025 - 13:56
Türkiyənin Antalya şəhərində Beynəlxalq Universal Döyüş Federasiyasına prezident seçkiləri keçirilib.
Apasport.az-ın məlumatına görə, Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən namizədliyi irəli sürülən Azər Həsənov növbəti dörd il müddətinə Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Universal döyüş idman növü hazırda 53 ölkədə fəaliyyət göstərir.
Qeyd edək ki, Beynəlxalq Universal Döyüş Federasiyası 17 nəfərdən ibarət İcraiyyə Komitəsi tərəfindən idarə olunur.
- Daha bir boksçumuz “Adriatik incisi”ndə yarımfinala vəsiqə qazanıb
- Tennisçilərimiz Almaniya və Çexiyada beynəlxalq yarışa qatılıblar
- "Şaxtyor" - "Beşiktaş" matçının hakimi bəlli olub
- “Milan” qışda hücumçu və müdafiəçi transfer etməyi planlaşdırır
- "Çelsi" Premyer Liqa forvardı üçün 60 milyon avro ödəyəcək
0
0