Millimiz İspaniya yığmasına məğlub olub
13.02.2025 - 13:34
Bu gün badminton üzrə milli komandamız Bakı İdman Sarayında keçirilən qarışıq komandaların Avropa çempionatının qrup mərhələsində ikinci oyununa çıxıb.
Apasort.az xəbər verir ki, 1-ci qrupda yer alan komandamız qrup mərhələsinin ikinci turunda İspaniya yığması ilə qarşılaşıb.
Görüş ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ilk turda İngiltərə seçmə kollektivinə 2:3 hesabı ilə uduzan millimiz qrupda son oyununu sabah son Avropa çempionu Danimarka yığmasına qarşı keçirəcək.
Bakı İdman Sarayında baş tutacaq oyun saat 10:00-da başlayacaq.
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
- Sabiq "Fənərbaxça"lı 2 il futboldan uzaqlaşdırıldı
- “Tottenhem” Omar Marmuşla maraqlanır
- “Arsenal” “İnter”i məğlub edərək klub rekordunu yeniləyib
- Mourinyo: “Bizim Mbappe, Vinisius, Yamal kimi futbolçularımız yoxdur"
0
0