“Neftçi”nin futbolçusu Azər Salahlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib.
31 yaşlı müdafiəçi “Sabah”la səfər görüşünə (0:1) start heyətində çıxıb. Azər 200 matçda 9 qola imza atıb.
2013/14 mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi Premyer Liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.
Qeyd edək ki, Azər ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudur.
- ÇL: Yarımfinalın cavab oyunlarının hakimləri bəlli olub
- "Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
- Bəhlul Mustafazadə: "Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq"
- Premyer Liqa: "Çelsi"dən qələbə, "Liverpul" və "Arsenal"dan xal itkisi
- Şeşko uğrunda mübarizədə “Arsenal”ın ciddi rəqibləri var