"Neftçi"nin yarımmüdafiəçisi 2 oyunluq cəzalandırılıb
07.05.2025 - 11:58

AFFA İntizam Komitəsi "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu 2 oyunluq cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Camalov "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub.
Bu səbəblə "ağ-qaralar" 1500 manat ziyana düşüb.
Qeyd edək ki, "Neftçi" - "Kəpəz" görüşü məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- "Nitsa"nın qapıçısı "Qalatasaray"ın radarına düşüb
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə mübarizə aparacaq
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- "Real" Modriçin əvəzləyicisi üçün 100 milyon ödəyə bilər
0
0