AFFA-nın təşkilatçılığı ilə 15-16 mart tarixlərində Lənkəranda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.
İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.
- "Fənərbaxça" "Tottenhem"lə danışıqlara başlayıb
- Türkiyə kubokunda final: "Trabzonspor" "Qalatasaray"a qarşı - YENİLƏNİR
- Şükürov sərt danışdı: "O bisavadlar uşaqlara nə öyrədəcəklər?" - Açıqlama
- “Barselona” “Trabzonspor”u məğlub etdi - YENİLƏNİB
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb