
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq. Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.
İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.
- Dubayda Azərbaycanı İbrahim Əliyev təmsil edəcək
- "Arsenal" və "Çelsi" "Aston Villa"nın oyunçusunu yaxından izləyir
- "Mançester Yunayted" Delap üçün transfer yarışına qoşulub
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Türkiyə Super Liqasında şok ayrılıq: Prezident istefa verib