
“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov apasport.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" mövsümü 3-cü pillədə başa vurdu və Konfrans Liqasında oynamaq haqqı qazandı. Demək olar ki, hədəfə çatdınız?
- Sevindirici hal oldu ki, həm mövsümü 3-cü pillədə başa vurduq, həm də komanda Konfrans Liqasına vəsiqə qazandı. Demək olar ki, komanda olaraq, rəhbərliyin istədiyi hədəfə çatdıq.
- Maraqlı məqamlardan biri odur ki, "Araz-Naxçıvan" uzun müddət qələbə qazana bilmədi. Amma ən yaxın izləyiciləriniz də sizə çata bilmirdi. Qələbəsizlik olan ərəfədə təhlükə hiss edirdiz ki, rəqiblər sizi gəlib keçər?
- Biz mövsümün ikinci hissəsində, qələbə az olan halda da, çalışırdıq ki, uduzmayaq. Ən azından aktivimizə bir xal yazdırmağa çalışırdıq. Bizə maraqlı olan öz oyunumuz, öz nəticələrimiz idi.
- Ümumiyyətlə, mövsümü özün üçün necə dəyərləndirirsən? Səncə, daha yaxşı ola bilərdi, yoxsa bu mövsümkü performansından razı qaldın?
-nMövsümü normal dəyərləndirərdim. Hər halda, 30 matçda forma geyindim. Buna görə də çox şadam. Bu da yaxşı nəticədir. Təbii ki, daha yaxşı da ola bilərdi.
- Yeni mövsüm də səni "Araz-Naxçıvan"da görəcəyik. Başqa təkliflər var idi?
- Elə mən burada qalmağı düşünürdüm. Çünki komandanı dəyişmək fikrim yox idi. "Araz-Naxçıvan"dakı həm rəhbərlik, həm məşqçi, həm ümumilikdə kollektiv mənə doğmalaşmışdı. Belə olan halda, təklif olsa da, komandanı dəyişmək istəməzdim. Sağ olsunlar, yeni müqavilə təklif etdilər. Mən də düşünmədən bunu dəyərləndirdim.
- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Səncə, bu, yerli futbolçuların maaş və özünə klub tapmaq məsələsinə necə təsir edəcək?
- Əlbəttə ki, təsiri olacaq. Bu, 100 faizdir. Amma bunu fikirləşərək, həvəsdən düşsək, lap eniş yaranar. Ona görə ki, qərar artıq çoxdan verilib. Bununla barışıb, güclü qalmalı və formada olmalısan.
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- Azərbaycan çempionatı: Teymur Rəcəbov üçüncü yer uğrunda mübarizədən imtina etdi
- Renat Dadaşovun qələbə qolu - VİDEO
- "Mançester Yunayted" 60 milyon avroluq oyunçu üçün təklif hazırlayır
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub