"Atletiko Madrid"in hücumçusu Anxel Korrea 2024/25 mövsümünün sonunda klubdan ayrılacağını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə argentinalı forvard "Betis"lə qarşılaşmadan (4:1) sonra sosial media hesabında paylaşım edib:
"Bu gün çox sevdiyim klubun forması ilə son ev matçımı keçirdim. Kluba, komanda yoldaşlarıma və inanılmaz azarkeşlərə təşəkkür edirəm. Mən bütün alqışları əbədi olaraq xatırlayacağam. "Atletiko"da yaşadığım hər şey üçün minnətdaram!"
Korrea 2015-ci ildən "Atletiko Madrid"də çıxış edir. İspaniya təmsilçisi ilə 465 oyuna çıxan argentinalı 88 qol, 65 məhsuldar ötürmə ilə yadda qalıb.
- ÇL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
- "Ayaks" İsrail millisinin futbolçusu ilə müqavilə imzalayıb
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
- "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"