İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
11.12.2025 - 12:12
Çempionlar Liqasının altıncı turunda İspaniyada qeyri-adi anlar yaşanıb.
Apasport.az xəbər verir ki, “Estadio de la Ceramica”da keçirilən “Vilyarreal” – “Kopenhagen” qarşılaşmasının oyunöncəsi mərasimində ciddi texniki səhvə yol verilib. Belə ki, ənənəvi Çempionlar Liqası himni əvəzinə UEFA Avropa Liqasının musiqisi səsləndirilib.
Gözlənilməz durum futbolçuların da diqqətindən yayınmayıb.
Qeyd edək ki, “Kopenhagen” Trabzonsporun sabiq hücumçusu Andreas Korneliusun 90-cı dəqiqədə vurduğu qolla 3:2 hesablı qələbə qazanıb.
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- Parataekvondoçularımız Türkiyədə təlim-məşq toplanışına başlayıb
- Astana Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
- Laporta Ansu Fatini komandada saxlamaq istəyir
- Qurban Qurbanov: "Sabah" bəlkə də bu yerə layiq deyildi"
0
0