
Ötən ilin sonunda Fatih Terimin çalışdırmağa başladığı "Əş-Şəbab"ın futbolçuları üsyan bayrağı qaldırıb.
Apasport.az xəbər verir ki, Terimin yetirmələri 3 aydır maaşlarını ala bilmədiklərinə görə rəhbərliyə qarşı iddia qaldırıblar.
Yerli mətbuatda yayılan məlumata görə, komandada böyük böhran yaşanır və prezident Mohamad Almunajemin jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırır.
Digər tərəfdən, prezidentin siyasətindən razı olmayan idarə heyətinin bəzi üzvlərinin istefa ərizəsi verdiyi bildirilib.
Qeyd edək ki, “Əl-Şəbab” 23 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 39 xalla 6-cı pillədədir.
- Hacıosmanoğlu ilk dəfə "Qalatasaray"-"Fənərbaxça" derbisinin hakimi ilə bağlı danışıb
- “Heydər Əliyev kuboku-2025”: 17 boksumuz finalda mübarizə aparacaq
- "Qalatasaray" istədi, Premyer Liqa klubu aldı
- “Ayın qolu” layihəsində yanvar ayının qalibləri bəlli olub
- “Fənərbaxça” Brayt Osayi‑Samuellə yollarını ayırıb