Boksçularımız Almatıda 2 qızıl və 3 bürünc medal qazanıblar
30.05.2025 - 15:53

Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.
Boksçularımızdan Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.
Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc medala yiyələniblər.
- "Çelsi" futbolçusuna astronomik qiymət qoyub - 115 milyon!
- Orkun Kökçü transferi üçün "Beşiktaş"dan ilk addım
- "Bavariya" və "Yuventus" ingilis futbolçu uğrunda mübarizəyə qoşulub
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- "Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək
0
0